Modern.az

Nazir Rüstəm Talışinskiyə iki müavin təyin etdi

Nazir Rüstəm Talışinskiyə iki müavin təyin etdi

Aktual

24 May 2024, 11:38

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) yeni baş həkim təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb.

 

İnstitutun Baş direktorunun müavini - baş həkim vəzifəsinə Nizami Yadulla oğlu Məmmədov təyin edilib. Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl  Rüstəm Rəşidoviç Talışinskiy sözügedən institutun direktoru təyin edilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!