Modern.az

Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı

Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı

Aktual

31 May 2024, 10:24

Xaçmazda əməliyyatlar zamanı 2 nəfər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı rayon sakinləri Əziz Mahmudov və Elxan Şahgəldiyev saxlanılıblar.

 

Onlardan heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Əziz Mahmudov və Elxan Şahgəldiyev barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır