Modern.az

Bayden sabah Zelenski ilə görüşəcək

Bayden sabah Zelenski ilə görüşəcək

Aktual

5 İyun 2024, 14:13

ABŞ və Ukrayna prezidentləri Co Baydenlı Volodimir Zelenski bu cümə axşamı Normandiya desantının 80 illiyinə həsr olunmuş mərasimdə görüşəcəklər.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Fransaya gedərkən jurnalistlərə bildirib.

“Prezident Ukraynadakı vəziyyət və Ukraynaya yardımı necə davam etdirə və dərinləşdirə biləcəyimiz barədə danışmaq üçün Zelenski ilə görüşəcək”, - deyə Sullivan qeyd edib.

Bundan əlavə, Sullivanın sözlərinə görə, Bayden və Zelenski tezliklə Ukrayna prezidentinin də dəvət olunduğu İtaliyanın Bari şəhərində 13-15 iyunda keçiriləcək G7 sammitində görüşəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV