Modern.az

İsmayıllıda narkotik yetişdirən şəxslər saxlanıldı

İsmayıllıda narkotik yetişdirən şəxslər saxlanıldı

Aktual

30 Avqust 2024, 09:16

İsmayıllıda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Eldar Abbasov və Əcəb İsmayılovu saxlayıblar.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu