Modern.az

Əli Məsimli Qaxda ziyalılarla görüşdü - FOTO

Əli Məsimli Qaxda ziyalılarla görüşdü - FOTO

Aktual

30 Avqust 2024, 13:48

Deputatlığa namizəd Əli Məsimli Qax rayonunda ziyalılarla görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində rəsmi qrafik üzrə görüşlərini bitirdiyini qeyd edib.

Lakin “sükut” gününədək qeyri-formal görüşlərini davam etdirdirəcəyini  bildirdi. O, bunda məqsədinin ayrı-ayrı sosial qrupları daha geniş əhatə etmək, onların problemlərini dinləmək və etimad göstəriləcəyi halda qanunyaradıcılığı prosesində daha işlək mexanizmlərin tətbiqinə dair təkliflərin hazırlanmasında səmərəli alətlərdən biri kimi, ziyalıların bu problemlərin həllinə yanaşma tərzlərini öyrənməkdir.

Qarşılıqlı mükalimə şəraitində keçən görüşdə təhsilin, elmin, mədəniyyətin, tetr işinin aktual məsələləri müzakirə olundu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır