Modern.az

Orduda hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir - VİDEO

Orduda hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir - VİDEO

Aktual

30 Avqust 2024, 15:40

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir.

 

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşqlər zamanı paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, eləcə də uçuş heyəti tərəfindən praktiki paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar icra olunur.

 

Həmçinin təyin olunmuş nöqtəyə havadan yüklərin atılması üzrə fəaliyyətlər də yerinə yetirilir.
Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldildiyi məşqlərdə şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirlər.

 

 

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu