Modern.az

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Aktual

30 Avqust 2024, 17:35

“Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 068 qram narkotik vasitə marixuananın və 1488 ədəd metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

"Belə ki, avqust ayının 26-da saat 08:40-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram 520 qram narkotik vasitə marixuana və 1488 ədəd metadon M-40 həbinin, avqust ayının 30-da saat 01:40-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 12 kiloqram 548 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsinin qarşısı alınıb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu