Modern.az

Daha iki məhəllə görüşü keçirilib - FOTOLAR

Daha iki məhəllə görüşü keçirilib - FOTOLAR

Aktual

30 Avqust 2024, 20:40

Avqustun 30-da 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayeva Binə qəsəbəsinin Sovxoz ərazisində və Qala qəsəbəsində seçicilərlə məhəllə görüşləri keçirib.

 

Binə qəsəbəsində keçirilmiş görüşdə seçicilər su, yol, kanalizasiya problemləri, aptek və uşaq əyləncə mərkəzinin olmaması ilə əlaqədar namizədə ətraflı məlumat veriblər. Qala qəsəbəsində keçirilmiş görüşdə isə qəsəbə sakinləri öz dədə-baba evlərinin sənədləşdirilməsi ilə bağlı mövcud çətinliklər haqqında danışıblar.

 

Seçki platformasının əsas məqamlarını görüş iştirakçılarının diqqətinə çatdıran Gülşən Paşayeva deputat seçiləcəyi təqdirdə dövlət qurumları, yerli icra orqanları və bələdiyyələrlə seçicilərin problemlərinin həlli üçün səlahiyyətləri çərçivəsində birgə çalışacağını vurğulayıb.

 

Gülşən Paşayeva seçkilərdə qalib gələrsə, sakinlərin rifahının yaxşılaşdırılması və bu ərazinin gələcək inkişafı istiqamətində səy göstərəcəyini qeyd edib.

 

Seçicilər maraqlı görüşlərə görə minnətdarlıqlarını bildirərək, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə deputatlığa namizəd Gülşən Paşayevaya səs verəcəklərini diqqətə çatdırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu