Modern.az

ICCIA-nın Direktorlar Şurasının iclasında sənət nümunələrinin sərgisi keçirilib 

ICCIA-nın Direktorlar Şurasının iclasında sənət nümunələrinin sərgisi keçirilib 

Aktual

20 İyul 2023, 13:41

ICCIA-nın Direktorlar Şurasının 35-ci iclası çərçivəsində təşkil olunan sərgi-satış yarmarkasında Azərbaycan suvenirləri və mədəni irs nümunələri təqdim olunub.

Modern.az xəbər verir ki, Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Azərbaycanın ənənəvi suvenirlərindən və mədəni irs nümunələrindən ibarət sərgi-satış yarmarkası da təşkil olunub.

İyulun 17-18-də fəaliyyət göstərən sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə KOB subyektlərinin və "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye" İctimai Birliyinin üzvlərinin məhsulları da nümayiş olunub. Sərgidə gümüş və qızıldan hazırlanan zərgərlik məmulatları, taxta və dəridən hazırlanan əl işləri, kəlağayılar, milli ornamentlərlə hazırlanmış keramika məhsulları və s. nümayiş olunub.
Sərgi tədbirdə iştirak edən ICCIA-ya üzv dövlətlərin nümayəndə heyətləri və iş adamları tərəfindən maraqla qarşılanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı