Modern.az

Ukraynada azərbaycanlı hərbçi itkin düşüb - VİDEO

Ukraynada azərbaycanlı hərbçi itkin düşüb - VİDEO

Aktual

Bu gün, 13:38

Rusiya ordusunun tərkibində döyüşən azərbaycanlı hərbçi Zaur Əjdər oğlu Hacıəliyev Ukraynada itkin düşüb.

Modern.az xəbər verir ki, bu barədə onun  qohumu sosial şəbəkə hesabında videomüraciət paylaşıb.

“Qohumum Hacıəliyev Zaur Əjdər oğlunu axtarıram.O, 1977-ci ilin 16 dekabrında Xaçmaz rayonunda anadan olub. Zaur müharibəyə qədər Rusiyanın Krasnadar şəhərində yaşayıb. Rusiya ordusunun tərkibində Kursk və Luqansk ərazilərində döyüşlərdə iştirak edən Zaur 2024-cü ildə itkin düşüb. Sonuncu dəfə onunla həmən ilin avqustunda dostu əlaqə saxlayıb. Bundan sonra onunla heç bir əlaqə qura bilməmişik”.

Videomüraciəti təqdim edirik:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi