Modern.az

Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə

Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə

Aktual

Bu gün, 15:25

Gürcüstanda 2025-ci ildə 1 426 nəfər vətəndaşlıqdan çıxıb. Onlar arasında Azərbaycan vətəndaşları da var.

Modern.az xəbər verir ki, Sakstatın hesabatına görə, Gürcüstan vətəndaşlığından çıxanların 10-u Azərbaycan vətəndaşı olub.

Məlumata görə, vətəndaşlıqdan çıxanlar arasında siyahıda ilk yerdə 639 nəfərlə Rusiya tutur. Sonrakı yerlərdə 203 nəfərlə Yunanıstan, 121 nəfərlə Türkiyə və 81 nəfərlə İsrail gəlir. Siyahıda Ukrayna (41), ABŞ (39), Ermənistan (37), Almaniya (28), Böyük Britaniya (11) da yer alıb.

Hesabatda o da bildirlib ki, Gürcüstanda 2025-ci ildə 2 333 nəfər vətəndaşlıq alıb, bu da əvvəlki illə müqayisədə 35 faiz və ya 1 254 nəfər azdır.

Məlumata görə, vətəndaşlıq alanların 75 faizindən çoxu Gürcüstanda doğulan şəxslərdir. Yeni vətəndaşlar arasında ən çox Rusiya vətəndaşları üstünlük təşkil edib. Belə ki, 1 393 rus vətəndaşı Gürcüstan vətəndaşlığı alıb. Sonrakı yerlərdə Almaniya (296), Ukrayna (114) və Ermənistan (104) qərarlaşıb.

İlk onluqda həmçinin ABŞ (81), İsrail (71), Türkiyə (62), Yunanıstan (43) və Böyük Britaniya (23) yer alıb.

Son 10 ildə ümumilikdə 39 061 nəfər Gürcüstan vətəndaşlığı alıb. Ən yüksək göstərici 2022-ci ildə qeydə alınıb, bundan sonra isə azalma müşahidə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!