Modern.az

Rusiya "ölümcül silahı"nın sınağını uğurla keçirdi

Rusiya "ölümcül silahı"nın sınağını uğurla keçirdi

Aktual

Bu gün, 17:32

Rusiya ən yeni strateji raketi hesab olunan “Sarmat”ın uğurlu sınağını həyata keçirib.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Strateji Raket Qoşunlarının komandanı Prezident Vladimir Putinə məruzə edib.

Məlumata görə, qitələrarası ballistik raket olan “Sarmat” sınaq buraxılışı zamanı nəzərdə tutulan hədəfləri uğurla yerinə yetirib. Rusiya tərəfi raketin ölkənin strateji nüvə qüvvələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

“Sarmat” kompleksi Rusiyanın ən müasir silah sistemlərindən biri hesab olunur. Uzun mənzilli raketin müxtəlif növ döyüş başlıqları daşımaq imkanına malik olduğu və mövcud raketdən müdafiə sistemlərini aşmaq üçün nəzərdə tutulduğu qeyd edilir.

Kreml raketin sınağını ölkənin müdafiə potensialının gücləndirilməsi istiqamətində vacib addım kimi qiymətləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?