Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan-Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb.
DSX-nin Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, hadisə Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı, 1995-ci il təvəllüdlü Olabiyi Kazeem Adisa saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.