Modern.az

Ankarada “Ortaq Türk mirası” layihəsinin kitab təqdimatı keçirilib - FOTO

Ankarada “Ortaq Türk mirası” layihəsinin kitab təqdimatı keçirilib - FOTO

Aktual

Bu gün, 11:53

Mətbuatdan da xəbər verildiyi kimi, 4–5 iyun 2026-cı il tarixlərində Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində bir sıra tədbirlər təşkil olunub.

Modern.az xəbər verir ki, layihə çərçivəsində keçirilən növbəti tədbir Türkiyə Prezidenti Administrasiyasının Millət Kitabxanasında baş tutan görüş və kitab təqdimatı olub. Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş 30-a yaxın elmi və publisistik nəşr təqdim edilib.

QAİ Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tərəfindən dünyanın ən böyük kitabxanaları sırasında yer alan Millət Kitabxanasına Qərbi Azərbaycanın 1903-cü ildə Çar Rusiyası tərəfindən hazırlanmış hərbi topoqrafik xəritəsi də təqdim olunub.

Təqdimat mərasimində Millət Kitabxanasının direktoru Ayhan Tuğlu, Türkiyə Prezidenti Baş müşaviri, professor Seyit Sertçelik, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirdə QAİ Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, QAİ İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova və digər nümayəndələr təqdim olunan nəşrlər və layihənin məqsədləri barədə geniş məlumat veriblər.

Tədbirdə həmçinin QAİ Qadınlar Şurasının üzvləri, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Səbinə Salmanova, ADPU-nun dekanı Könül Həsənova, dosent Həqiqət Hacıyeva, BDU-nun dosenti Xatirə Mehdiyeva, AMEA Milli Tarix Muzeyinin departament rəhbəri, etnoqraf alim Gülzadə Abdulova və digər nümayəndələr iştirak ediblər.

Bununla da Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının həyata keçirdiyi “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankarada keçirilən silsilə tədbirlər başa çatıb.

Sizə yeni x var
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır