Modern.az

İki rayonda çaylara qanunsuz müdaxilə aşkarlandı

İki rayonda çaylara qanunsuz müdaxilə aşkarlandı

Aktual

Bu gün, 15:12

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birgə çayların mühafizə zonaları və məcralarında qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri həyata keçirib.

Modern.az xəbər verir ki, Qəbələ və Lənkəran rayonlarında keçirilən tədbirlər zamanı çayların mühafizə zolaqlarında qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Araşdırmalarla bəzi ərazilərdə müvafiq icazə olmadan qazıntı işlərinin aparıldığı, su mühafizə zonalarında müxtəlif təyinatlı tikililərin inşa edildiyi, həmçinin çayların təbii axınına və ətraf mühitə mənfi təsir göstərə biləcək fəaliyyətlərə yol verildiyi aşkarlanıb.

Faktlarla bağlı toplanmış materiallar üzrə qanunvericiliyə uyğun tədbirlər görülür.

Araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!