Modern.az

İrandan Azərbaycana narkotik axını dayandırıldı - əməliyyat

İrandan Azərbaycana narkotik axını dayandırıldı - əməliyyat

Aktual

Bu gün, 10:54

İrandan Azərbaycana 32 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb.

Aşkar olunan narkotik vasitələrin 27 kiloqram 65 qramının marixuana, 5 kiloqram 300 qramının isə heroin olduğu müəyyən edilib. Bundan əlavə, 7200 ədəd psixotrop tərkibli “Metadon M-40” həbinin də qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!