Modern.az

Ermənistanda müxalifət lideri ölkədən çıxışına icazə verilmədi

Ermənistanda müxalifət lideri ölkədən çıxışına icazə verilmədi

Aktual

Bu gün, 15:50

Ermənistanda mediada yayılan məlumatlara görə, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan bu gün ölkəni tərk etməyə cəhd etsə də, buna imkan verilməyib.

Modern.az xəbər verir ki, məlumat və fotolar Sarukyanın İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanı vasitəsilə Ermənistandan uçmağa çalışdığını göstərir.

İddialara əsasən, hüquq-mühafizə orqanları onun ölkədən çıxışına icazə verməyib. Rəsmi qurumlar tərəfindən hələlik məsələ ilə bağlı açıqlama verilməyib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, Sarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası parlamentə düşmək üçün tələb olunan səs həddini çox cüzi fərqlə keçə bilməyib. Partiya nəticələrin yenidən hesablanmasını tələb edərək yekun nəticənin dəyişəcəyinə ümid etdiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi