Modern.az

Qurtuluşdan Zəfərə uzanan yol - FOTOLAR

Qurtuluşdan Zəfərə uzanan yol - FOTOLAR

Aktual

Bu gün, 09:52

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən 7 nömrəli tam orta məktəbdə “Milli Qurtuluşdan Zəfərə Aparan Yol” mövzusunda tədbir keçirib.

Modern.az xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Sevda Bayramova və digər çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıblar.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Bakıya qayıdışı ölkəni parçalanma, vətəndaş qarşıdurması və dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edib. Bildirilib ki, bu dönüş nöqtəsi Azərbaycanda sabitliyin təmin olunmasına, müstəqil dövlət quruculuğunun möhkəm əsaslar üzərində formalaşmasına zəmin yaradıb.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, işğaldan azad edilmiş torpaqlarda Dövlət Bayrağı qürurla dalğalanır.

Həmçinin diqqətə çatdırılıb ki, hazırda həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.

Çıxışlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da ölkənin sosial, mədəni və təhsil sahələrinin inkişafına mühüm töhfələr verdiyi bildirilib.

Sonda YAP Kəlbəcər rayon təşkilatının ictimai-siyasi fəaliyyətində fəal iştirak edən bir qrup üzvə fəxri fərmanlar təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV