Modern.az

Bölgələrə gedən qatarlar bu dayanacaqdan da keçəcək

Bölgələrə gedən qatarlar bu dayanacaqdan da keçəcək

Aktual

10 İyun 2026, 12:21

İyunun 6-dan etibarən Bakıdan bölgələrə və əks istiqamətdə hərəkət edən ölkədaxili sərnişin qatarları "Dərnəgül" dayanacağında da dayanacaq.

Modern.az-a Azərbaycan Dəmir Yollarından (ADY) verilən məlumata görə, sərnişinlər artıq sözügedən yeni dayanacaqdan istifadə etməklə bölgələrə səfər edə bilərlər.
Belə ki, Bakı–Qazax, Bakı–Ağstafa, Bakı–Balakən və Bakı–Qəbələ marşrutları üzrə hərəkət edən qatarlar sərnişinlərin minib-düşməsi üçün "Dərnəgül" dayanacağında da xidmət göstərir.

Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xətti üzərində yerləşən "Dərnəgül" dayanacağı bu il mayın 8-də istifadəyə verilib.

Töhfə Səməd

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr