Modern.az

Bakıdan bu şəhərə birbaşa reys açılır

Bakıdan bu şəhərə birbaşa reys açılır

Aktual

Bu gün, 13:38

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı–Maskat aviareysinin açılmasını planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, AZAL Oman Sultanlığının paytaxtı Maskatda Bakı–Maskat çarter reysinin təqdimat mərasimini keçirib. Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov da iştirak edib.

Mərasimdə çıxış edən diplomat yeni aviareysin Azərbaycan və Oman arasında turizm, biznes və insanlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Yeni marşrutun iki ölkə arasında əməkdaşlığın inkişafına əlavə imkanlar yaradacağı vurğulanıb. ("Report")

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV