Modern.az

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Aktual

Bu gün, 10:48

Nərimanov rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, o, zərərçəkmiş şəxslərin evdə olmadığını əvvəlcədən öyrənərək mənzilə daxil olub. Şübhəli şəxs oğurluqdan sonra diqqət çəkməmək məqsədilə ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerini tərk edib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ara qarışdı - Müharibəyə qarşı etirazlar başladı!