Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı keçəcək.
Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntıların daha da güclənəcəyi gözlənilir.
Qeyd olunub ki, yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.