Modern.az

Samuxda yüksək bal toplayan tələbələrlə görüş keçirilib - GÖRÜNTÜ

Samuxda yüksək bal toplayan tələbələrlə görüş keçirilib - GÖRÜNTÜ

Aktual

Bu gün, 12:07

Samux Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, idarə, müəssisə və təşkilat rəhbərləri, yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan tələbələr, onların müəllimləri və valideynləri iştirak ediblər.

Tədbirdə çıxış edən Firdovsi Əliyev tələbələri yüksək nəticə göstərərək tələbə adını qazanmaları münasibətilə təbrik edib. Rayon rəhbəri əldə olunan uğurun tələbələrlə yanaşı, onların valideynləri və müəllimlərinin də böyük əməyinin nəticəsi olduğunu bildirib.

Firdovsi Əliyev Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, ölkədə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəblərin tikilməsi və gənclərin təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Rayon rəhbəri Samuxda müasir məktəb binalarının istifadəyə verilməsini də təhsilə göstərilən diqqətin nümunəsi kimi vurğulayıb.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov da tələbələri təbrik edərək onların yüksək nəticələrini rayonun təhsil uğurlarından biri kimi qiymətləndirib. O, tələbələrə gələcək təhsil həyatlarında uğurlar arzulayıb və qazandıqları nailiyyətlərlə yanaşı, qarşıda böyük məsuliyyətin dayandığını diqqətə çatdırıb.

Daha sonra tələbə və müəllimlər çıxış edərək yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda ali məktəblərə yüksək balla qəbul olan tələbələrə təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...