Bakı Mühəndislik Universitetinin (BMU) magistrantları üçün Çin Xalq Respublikasında 100 faiz təqaüd hesabına təhsil almaq imkanı yaradılıb.
Modern.az xəbər verir ki, ayrılmış 5 təqaüd yeri üzrə namizəd olmaq istəyən BMU magistrantları müvafiq tələblərə cavab verməlidirlər. Həmin tələblərlə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: //beu.edu.az/az/media/news/bmu-magistrantlar-ucun-cind-100-faiz-tqaudl-thsil-almaq-fursti
Təqaüd proqramı memarlıq, inşaat mühəndisliyi, ekologiya mühəndisliyi, informasiya texnologiyaları, mexanika mühəndisliyi ixtisaslarını əhatə edir. Təqaüd üçün son müraciət tarixi 8 sentyabr 2026-cı ildir.Sənədlər BMU-nun Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməlidir ([email protected], tel: 050 454-34-84)
Təqaüd proqramı BMU magistrantlarının beynəlxalq akademik mühitə inteqrasiyası, xarici ali təhsil müəssisələrində təhsil və tədqiqat imkanlarının genişləndirilməsi, eləcə də BMU ilə Çin universitetləri arasında strateji akademik əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı baxımından mühüm imkan yaradır.