Modern.az

David Seliverstovun aldadıb 90 min aldığı şəxslər danışdı

David Seliverstovun aldadıb 90 min aldığı şəxslər danışdı

Aktual

Bu gün, 15:50

Barəsində 3 məhkəmə hökmü olan, keçmişini gizlətmək məqsədilə əvvəlcə atasının adını, daha sonra isə ad-soyadını dəyişərək özünü yəhudi “David Seliverstov” kimi təqdim edən Kazım Elşən oğlu Abbasovla bağlı yeni və sensasion məlumatlar ortaya çıxıb. Onun hüquq müdafiəçisi Çingiz Qənizadəni, hazırda qardaşı həbsdə olan Nəsimi Məmmədovu, onun dostu Rəşad Allahverdiyevi sosial şəbəkə üzərindən şantaj etməsinin səbəbləri də çox ilgincdir.

Baş verənlər deməyə əsas verir ki, söhbət təkcə adını dəyişib keçmişindən uzaqlaşmağa çalışan bir şəxsdən getmir. Azərbaycan cəmiyyəti itirməyə bir şeyi qalmamış “konçennıy” dələduzla üz-üzədir.
Ortada 90 min dollarlıq dələduzluq əməliyyatı, zərərçəkənlərin ciddi ittihamları və cavab gözləyən çoxsaylı suallar var. O isə xaricdə oturub bağırır, gözə kül üfürür, dələduzluq edib pulunu aldığı Nəsimi Məmmədovu, onun həbsdə olan qardaşını barəsindəki hökmün ağırlaşdıracağı ilə şantaj edir.

Modern.az Musavat.com-a istinadən xəbər verir ki, saytın əməkdaşı məsələ ilə bağlı Nəsimi Məmmədov və Rəşad Allahverdiyevlə əlaqə saxlayıb.

90 min dolları mənimsənilən zərərçəkən Nəsimi Məmmədov və pulun verilib-qaytarılması prosesinin canlı şahidi olan Rəşad Allahverdiyev baş verənlərin bütün detallarını Musavat.com-a açıqlayıblar.
Rəşad Allahverdiyev bildirib ki, “David Seliverstov” son sosial şəbəkə paylaşımında faktları açıq-aşkar təhrif edərək ictimaiyyəti yanıltmağa çalışır:

““David” son paylaşımında 90 min dollar aldığı Nəsimi Məmmədovun və mənim şəklimi yerləşdirib. O, mənim səsimi montaj edərək elə təqdim etməyə çalışır ki, guya bu pul ona borc kimi verilib. Lakin audioyazıya diqqətlə qulaq asan hər kəs “borc” sözünün süni şəkildə uzadılmasını və montaj olunmasını eşidə bilər. Mən həmin danışıqda açıq şəkildə demişəm ki, “Pulu sizə verəndə nə notariusa getmişik, nə müqavilə bağlamışıq, nə də borc vermişik. İndi pulu gətirib qaytaranda çəkiliş edirsinizsə, buyurun edin, biz də edirik”.

Pulun qaytarılması prosesini əks etdirən video kadrlar bizdə də var və onlar artıq rəsmi şəkildə hüquq-mühafizə orqanlarına təqdim olunub”.

Rəşad Allahverdiyev onu da əlavə edib ki, “David Seliverstov” ölkədən qaçdıqdan sonra pulu zərərçəkənlərə vasitəçilər vasitəsilə qaytarıb:

“8 ay idi ki, bu “David” pulu vermirdi. Ona görə də hüquq müdafiəçisi Çingiz Qənizadə ilə əlaqə saxlayıb belə bir şəxsi tanıyıb-tanımamasını, başımıza gələn əhvalatı danışdıq. O da məsələni ictimailəşdirdi. 3 gün sonra “David”in adamları bizimlə əlaqəyə çıxıb pulu qaytarmaq istəyində olduqlarını dedilər. Pulu gətirən şəxslərdən biri özünü “Davidə” yaxın şəxs kimi təqdim edən Şəlalə adlı qadın, digəri isə Natiq adında bir maşın alverçisi olub. Həmin şəxslər gələrkən müxtəlif nüfuzlu şəxslərin adlarından istifadə edərək məsələni ört-basdır etməyə çalışırdılar”.
Rəşad Allahverdiyev 90 min dolların “David Seliverstov” tərəfindən Nəsimi Məmmədovdan alınmasının səbəbini də izah edib. Deyib ki, Nəsimi Məmmədovun qardaşı hazırda həbsdədir və o, qardaşının hüquqi müdafiəsini gücləndirmək üçün yollar axtarıb. Ortaq tanışlarından biri üzərindən “David Seliverstov”la tanış olub.

Nəsimi Məmmədov həmin epizodu belə xatırlayıb:

“Ötən il noyabrın 24-də bununla görüşdük. Özünü bizə “David Seliverstov” olaraq təqdim etdi. Görüşə sayrışan işıqları olan maşında, yanında sürücüsü, mühafizəçisi ilə gəlmişdi. Deputat Anotoliy Rafailovun adını çəkib “dayımdır” deyirdi. Sonra da Bayıldakı ofisində pulu aldı, hüquqi yardım haqda müqavilə bağladı. Müqavilədə məbləği göstərmədi. Bunun səbəbini soruşanda dedi ki, guya adi formallıqdır. Sonra da gördük ki, faktiki heç bir iş görmür. Pulu geri istəyəndə bizdən daha böyük bir məbləğ tələb etdi ki, guya hansısa iş görəcək. İsrarla verdiyim pulu geri tələb etdim. Tam 8 ay ərzində vəsaiti ondan geri ala bilmədik. Bu müddətdə bizə hədə-qorxu gəldi, söyüşlər işlətdi, dəfələrlə zənglərimizə cavab vermədi. Hədə-qorxu gəlirdi, deyirdi ki, “hardasan, yerini de, ora polisləri tökəcəyəm, həbsdə olan qardaşının başına oyun açacağam”. Düz 8 ay pulumuzu qaytarmaqdan yayındı. Yalnız hüquq müdafiəçilərinə müraciət etdikdən və məsələ avqustun 5-də ictimailəşəndən 3 gün sonra axşam vaxtı təlaş içində zəng vuraraq pulu gətirib qaytardılar. Zəng edənlər özlərini bu başabəla “beynəlxalq hüquq müdafiəçisi”nin Bakıdakı adamları idi. Hətta pulu gətirəndə 3 min dollar əskik vermişdilər, təkidimizdən sonra məbləği tam şəkildə qaytarmağa məcbur oldular”.

 

Nəsimi Məmmədov qeyd edib ki, Çingiz Qənizadə və digər hüquq müdafiəçiləri məhz onun aldadılması epizodu ilə bağlı məsələ qaldırıblar:
“Bu gün “David Seliverstov” xaricə qaçıb, oradan şantajla məşğuldur. Düşünür ki, ağlına, ağzına gələni danışacaq, biz də bundan qorxub çəkinəcəyik. Kənardan hədyan danışmaqla deyil, cəsarətin varsa, gəl Azərbaycana!”

“David Seliverstov”un xaricdən sosial media üzərindən manipulyasiya etmək cəhdlərinə cavab verən Nəsimi Məmmədov onu ölkəyə qayıdıb hüquqi müstəvidə cavab verməyə çağırıb:

“Xaricdə oturub yalanlar yazmaqla, müxtəlif adamların adını çəkməklə və hüquq müdafiəçilərini şantaj etməklə diqqəti öz cinayətlərindən yayındırmaq istəyir. Mən artıq müvafiq hüquq-mühafizə orqanlarına izahatlarımı, sənədləri və aramızdakı yazışmaları rəsmi təqdim etmişəm. Əgər haqlıdırsa, buyursun Azərbaycana gəlsin, mənə zəng vursun, birlikdə hüquq-mühafizə orqanlarına gedək. Kənardan şantaj etməklə, yalan yaymaqla məsuliyyətdən qaçmaq mümkün deyil. Pulu məndən alıb, sonradan da adamlarlı ilə mənə qaytarıb. Pulun qaytarılması videosunu da özü çəkdirib, düşünüb ki, bizi bu video ilə şantaj edəcək, biz də susacağıq. Dələduz olmasını tam ifşa olunduğundan videonu yayıb öz aləmində bizim geri çəkiləcəyimizi düşünür. Əgər haqlıdırsa, buyursun Azərbaycana, gedək hüquq-mühafizə orqanlarına”.

Hazırda “David Seliverstov”un fərqli adlar altında - biznes qurmaq, xaricdən maşın ehtiyat hissələri gətirmək, Qod Nisanovun guya Azərbaycanda görəcəyi işləri onun idarə edəcəyini deməklə də çoxsaylı insanları aldatması faktları üzrə hüquq-mühafizə orqanlarına müraciətlər olunub.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...