Modern.az

Bakıda yeni ekspres marşrut xətti fəaliyyətə başlayır

Bakıda yeni ekspres marşrut xətti fəaliyyətə başlayır

Aktual

4 Sentyabr 2026, 16:31

Sentyabrın 6-dan metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanması üçün M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Avtobusların “20 Yanvar” metrostansiyasındakı dayanacağı Rövşən Cəfərov küçəsi, “Velotrek” adlanan ərazinin qarşısı, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər