Modern.az

Alen Simonyandan vəzifəsini tutduğu Qriqoryanla bağlı açıqlama

Alen Simonyandan vəzifəsini tutduğu Qriqoryanla bağlı açıqlama

Aktual

Bu gün, 13:30

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sələfi Armen Qriqoryanla münasibətlərinin yaxşı olduğunu bildirib.

Modern.az xəbər verir ki, Simonyan bu barədə jurnalistlərlə söhbətində danışıb.

O bildirib ki, Armen Qriqoryanla dostluq münasibətlərini davam etdirir.

“Armen nadir insanlardan biridir ki, onunla indiyədək heç vaxt hətta acı söhbətim belə olmayıb”, - Simonyan deyib.

Açıqlama Armen Qriqoryanın “Addım at, Serji rədd et” adlı kitabının təqdimatı zamanı verilib. Simonyan təqdimatda şəxsən iştirak edib.

O, həmçinin Armen Qriqoryanın sentyabrın 5-də keçiriləcək toy mərasiminə də dəvət olunduğunu bildirib.

Qeyd edək ki, Armen Qriqoryan təxminən 8 il Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb. Avqustun 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan onun vəzifədən ayrıldığını açıqlayıb. Bundan sonra Təhlükəsizlik Şurasının katibi vəzifəsinə Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan təyin olunub.

Paşinyan həmin vaxt bildirmişdi ki, Qriqoryanın fəaliyyətindən narazı olmayıb və dəyişikliyi mövcud siyasi proseslər çərçivəsində normal hesab edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab