Modern.az

Türkiyəli müğənni SAXLANILDI

Türkiyəli müğənni SAXLANILDI

Aktual

6 Sentyabr 2026, 01:00

Türkiyədə sosial media platformalarında əxlaqsız məzmun paylaşan şəxslərə qarşı əməliyyat keçirilib.

Modern.az xəbər verir ki, Ankara şəhərində aparılan araşdırma çərçivəsində müğənni Tuğba Ekinci də daxil olmaqla, 7 nəfər barəsində saxlanılma qərarı verilib.

Araşdırma zamanı şübhəlilərin sosial media hesabları incələnib. Onların əxlaqsız məzmunlu paylaşımlar etdiyi, müxtəlif platformalarda hesablar yaradaraq ödənişli üzvlük sistemi vasitəsilə açıq-saçıq görüntülər yaydığı müəyyənləşdirilib.

Məhkəmənin qərarı ilə onların 4-ü də həbs edilib. Digər bir şübhəli barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib. Şübhəlilərin Ankara Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin Soyğunçuluq Bürosunda aparılan prosedurları başa çatdıqdan sonra Kızılcahamam Baş Prokurorluğuna göndərilməsi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində