Modern.az

Kanadanın eks-baş naziri Bakıya gəlir? – Səbəb çox maraqlıdır

Kanadanın eks-baş naziri Bakıya gəlir? – Səbəb çox maraqlıdır

Aktual

6 Sentyabr 2026, 11:45

Dünya şöhrətli amerikalı müğənni Keti Perri sentyabrın 25-də Bakıda konsert verəcək.

Modern.az xəbər verir ki, pop ulduzunun çıxışı Formula 1 üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyi çərçivəsində keçiriləcək.

Keti Perri saat 20:00-da Baku Crystal Hall-da səhnəyə çıxacaq. Konsert Formula 1 yarış həftəsinin əyləncə proqramının əsas tədbirlərindən biri olacaq. 

Qeyd edək ki, Keti Perri son dövrlərdə yalnız musiqisi ilə deyil, şəxsi həyatı ilə də dünya mediasının diqqətindədir. 41 yaşlı müğənni hazırda Kanadanın keçmiş baş naziri Castin Trüdo ilə sevgilidir. Cütlük 2025-ci ildən münasibətdədir və son aylarda birlikdə müxtəlif tədbirlərdə görüntülənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı