ABŞ Hərbi Dəniz Qüvvələri dörd ay ərzində Hörmüz boğazını dəniz minalarından gizli şəkildə təmizləyib.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qəzetin yazdığına görə, əməliyyatlar yalnız gecə saatlarında həyata keçirilib. Məqsəd işlərin İran hərbçiləri tərəfindən aşkarlanmasının və birbaşa qarşıdurmanın yaranmasının qarşısını almaq olub.
Xüsusi bölmələr strateji əhəmiyyət daşıyan boğazın əsas gəmiçilik marşrutlarında fəaliyyət göstərib. Əməliyyatın əsas məqsədi bir sıra gizli minalama hadisələrindən sonra neft tankerlərinin və digər kommersiya gəmilərinin təhlükəsizliyini təmin etmək olub.