Modern.az

Elzar Ağayevin qızı Avropanın məşhur universitetinə qəbul oldu

Elzar Ağayevin qızı Avropanın məşhur universitetinə qəbul oldu

Aktual

Bu gün, 11:08

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri Elzar Ağayevin qızı Nərgiz Ağayeva Belçikanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Brüssel Azad Universitetinə (ULB) qəbul olub.

Modern.az xəbər verir ki, bu barədə Elzar Ağayev sosial media hesabında paylaşım edib.

“Bu qız mənə dünyaları bağışladı… Nərgizim Belçikanın ən nüfuzlu universitetlərindən olan ULB-nin (Université libre de Bruxelles) iqtisadi elmlər fakültəsində (fransızca) bakalavr təhsili alacaq. Övladlarımız hər zaman bizi sevindirsin...” - deyə Elzar Ağayev qeyd edib.

Qeyd edək ki, Elzar Ağayev jurnalistika sahəsində 23 ildən artıq təcrübəyə sahibdir. O, 20 ildən artıq Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinin, əsasən də “AzTV”nin Yaxın Şərq, Ərəb ölkələri, Rusiya Federasiyası və bir sıra Avropa ölkərində nümayəndəsi kimi fəaliyyət göstərib. O, 2026-cı ilin iyulunda Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin edilib. O, bundan əvvəl 20 ildən artıq müddətdə Azərbaycanın müxtəlif media qurumlarında fəaliyyət göstərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zəngəzuru vuracağıq! - İrandan SƏRT ULTİMATUM