Modern.az

"Qarabağ" Koxalskinin gedişini açıqladı

"Qarabağ" Koxalskinin gedişini açıqladı

Aktual

Bu gün, 13:40

“Qarabağ” Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini, futbolçunun istəyini nəzərə alaraq, müsbət cavablandırıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komanda ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla sərhədə qoşun yığılır - ŞOK HAZIRLIQ BAŞLADI