Modern.az

Ermənistan Rusiyadan rəsmi şikayət edib

Ermənistan Rusiyadan rəsmi şikayət edib

Aktual

8 Sentyabr 2026, 16:56

Ermənistan malların Rusiyaya idxalına tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Avrasiya İqtisadi İttifaqına (Aİİ) şikayət ünvanlayıb.

Modern.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, problemin həlli üçün yalnız Rusiya ilə birbaşa əlaqələr deyil, Aİİ çərçivəsində mövcud mexanizmlər də əhəmiyyət daşıyır:

“Bu cür maneələrin aradan qaldırılması üçün istifadə edilə biləcək konkret mexanizmlər var. Biz həmin imkanlardan fəal şəkildə yararlanırıq. Şikayət təqdim etmişik və əminik ki, mexanizmlər işə düşməli, məhdudiyyətlər aradan qaldırılmalıdır”.

Qasparyan qeyd edib ki, Ermənistan hökumətinin mövqeyinə əsasən, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqının prinsiplərinə və qüvvədə olan razılaşmalara uyğun deyil.

“Biz Aİİ-nin öz prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün mübarizə aparırıq”, – nazir müavini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?