Modern.az

"Avtoş"luq edən sürücü həbs edildi

"Avtoş"luq edən sürücü həbs edildi

Aktual

Bu gün, 17:20

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Modern.az-a Bakı Şəhər DYP İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Nissan” markalı, 10-TJ-667 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərhad Məmmədov saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi