Modern.az

Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək

Aktual

Bu gün, 14:35

Astara rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillər tikiləcək.

Modern.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq prosedur yekunlaşıb.

Belə ki, layihə çərçivəsində rayonda 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzil satın alınacaq.

Bağlanmış müqavilənin və ümumi layihənin dəyəri 3 milyon 428 min 932 manatdır.

Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (xüsusilə I qrup əlilliyi olan şəxslərə və qazilərə) dövlət tərəfindən pulsuz mənzil və ya fərdi ev verilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?