Modern.az

Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib - FOTO

Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib - FOTO

Aktual

Bu gün, 15:25

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi, qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qələbə qazandığı Vətən Müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan Abşeronlu qəhrəmanların anım və doğum günləri qeyd edilib.

Bu barədə Modern.az-a Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, şəhid ailələri və qazilərlə birgə şəhidlərimiz – Ramil Ağayev, Asif Ataşov, Rufiz Budaqov, Röyal Ələkbərov, Malik Əliyev, Elşad Həsənov, Vüsal Musayev, Şamil Nəcəfov, Daşdəmir Paşayev, İsmayıl Qasımov, Hətəmxan Quliyev, Ülvi Rəhimli, Turqut Xəlilbəylinin il dönümlərində, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Müsibov, Əli Ələkbərov, Hüseyn Həmidzadə və Hüseyn Nəcəfzadənin isə doğum günlərində məzarları ziyarət edilib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.

Anım günlərində Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışılıb, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb. RİH başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələrlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdiklərini qeyd edərək bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər