Modern.az

“Ekstrasensəm, evdəki nəfsi təmizləyirəm” demişdi - Haqqında qərar verildi

“Ekstrasensəm, evdəki nəfsi təmizləyirəm” demişdi - Haqqında qərar verildi

Aktual

Bu gün, 16:50

Xətai Rayon Məhkəməsində dələduzluqda ittiham edilən 1987-ci il təvəllüdlü Qəmərxanım Cəfərovanın işi ilə bağlı proses yekunlaşıb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Q.Cəfərova Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən təqsirləndirilib.

Bildirilib ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədilə M.Mehdiyevanın (şərti) oğlunun guya Dövlət Təhlükəsizlik Xidmətinə işə götürülməsinə köməklik göstərəcəyi və evində olan nəfs, ağırlığı təmizləyəcəyi barədə yalan vədlər verib. Onu aldadaraq xeyli miqdarda nağd pulunu və qızılını ələ keçirib.

Özünü ekstrasens kimi tanıdan qadın həmcinsinə ümumilikdə 21 800 manat miqdarda maddi ziyan vuraraq dələduzluq edib.

Məhkəmə prosesində zərərçəkmiş şəxs bildirib ki, Q.Cəfərova ona vurduğu zərəri ödəyib və məbləği geri qaytarıb. Təqsirləndirilən şəxs də qarşı tərəflə barışıq əldə edildiyini bildirib.

Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib və iş üzrə icraata xitam verib. Cəfərova barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, Qəmərxanım Cəfərova daha əvvəl tanınmış iş adamı İsfəndiyar Axundov haqda səsləndirdiyi ittihamlarla gündəmə gəlmişdi. Təzyiqlərə məruz qaldığını bildirən qadın susması üçün ona Şərurlu İsfəndiyar tərəfindən bir neçə obyekt verildiyini də əlavə etmişdi.

 

Sizə yeni x var
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər