Modern.az

Yeni prokuror tanınmış hakimin oğludur

Yeni prokuror tanınmış hakimin oğludur

Aktual

Bu gün, 14:03

Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Modern.az “Unikal”a istinadən xəbər verir ki, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, tanınmış hakim Mansur İbayevin oğludur.

Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.

Mansur İbayev 2024-cü ilin avqust ayında vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində