Modern.az

Ermənistanın Aİİ-də üzvlüyü dayandırılsa, qazın qiyməti 69 faiz artacaq

Ermənistanın Aİİ-də üzvlüyü dayandırılsa, qazın qiyməti 69 faiz artacaq

Aktual

Bu gün, 15:29

Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünün dayandırılmasının mümkün nəticələrinə dair məruzə hazırlanıb.

Modern.az xəbər verir ki, TASS Rusiya hökumətinə istinadən məruzənin ittifaq ölkələrinin liderlərinə təqdim olunacağını bildirib.

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın birgə məruzəsində qeyd olunur ki, Ermənistanın Avropa İttifaqına üzvlük üçün tələb olunan qaydaları yerinə yetirməsi Aİİ qarşısındakı öhdəliklərinin pozulmasına gətirib çıxarır. Bu əsasla digər dörd üzv ölkənin Ermənistanın ittifaqda iştirakının dayandırılması məsələsinə baxa biləcəyi bildirilir.

Sənədə əsasən, Ermənistanın üzvlüyünün dayandırılması gömrük nəzarətinin və müvafiq vergitutmanın bərpası ilə nəticələnəcək.

Məruzədə Ermənistan üçün qazın qiymətinin 69 faiz arta biləcəyi də qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində