Azərbaycanda bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 21-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.