Modern.az

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var 

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var 

Aktual

Bu gün, 09:37

Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

Modern.az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Digər şəxs E.Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran sərhədində gərginlik - İsrail qırıcıları hərəkətə keçdi