Modern.az

Süni intellektlə Azərbaycan haqqında yanlış məlumatlar yayılır - Siyavuş Novruzov

Süni intellektlə Azərbaycan haqqında yanlış məlumatlar yayılır - Siyavuş Novruzov

Aktual

Bu gün, 11:26

“Sosial şəbəkələrdə və internet resurslarında süni intellektdən istifadə edilməklə Azərbaycan haqqında yanlış məlumatlar yayılır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda bildirib.

Deputat vurğulayıb ki, vətəndaşların dövlət siyasəti və həyata keçirilən layihələr barədə məlumatlandırılmasında deputatların və bələdiyyə nümayəndələrinin insanlarla birbaşa ünsiyyəti mühüm rol oynayır.

“Ölkədə görülən işlər, həyata keçirilən layihələr və dövlət siyasəti barədə vətəndaşların məlumatlandırılması üçün canlı ünsiyyət imkanlarından səmərəli istifadə edilməlidir”, – o qeyd edib.

Siyavuş Novruzov regionlarda məktəblərin tikilməsi, yolların çəkilməsi, infrastrukturun qurulması və iş yerlərinin açılması istiqamətində görülən işlərdən də danışıb. O bildirib ki, regional inkişaf və yerli özünüidarəetmənin təkmilləşdirilməsi həm dövlət qurumlarının, həm də bələdiyyələrin fəaliyyətində əsas vəzifələrdən olmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı