Modern.az

Azərbaycanlı çoban Ermənistana keçib - İDDİA

Azərbaycanlı çoban Ermənistana keçib - İDDİA

Aktual

Bu gün, 11:51

Ermənistanla sərhədi keçərək bu ölkənin ərazisinə daxil olan azərbaycanlı çobanın saxlanıldığı iddia olunur.

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Berd şəhərindəki mənbələr bildirib.

Yerli sakinlərin bildirdiyinə görə, çoban Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçib.

İlkin məlumata əsasən, o, hərbi polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xəbər Ermənistanın bir sıra KİV-lərində də tirajlanıb.

Ermənistan Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Tavuş vilayətindəki icmalardan birinin rəhbəri “NewsTV5”yə açıqlamasında hadisə barədə eşitdiyini, lakin dəqiq məlumatının olmadığını bildirib.

“Bizim rayonun meşələrindən keçərək gəlib”, – deyə icma rəhbəri qeyd edib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən məsələni dəqiqləşdirərək məlumat veriləcəyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı