Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP – “Tramp marşrutu” çərçivəsində ölkə ərazisindən keçəcək dəmir yolunda dayanacaqların olacağını bildirib.
Modern.az xəbər verir ki, Mirzoyan parlamentin xarici əlaqələr komissiyasında layihə üzrə saziş layihəsini təqdim edərkən müxalif “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyanın sualını cavablandırıb.
Nazir gələcəkdə bu xətlə sərnişin daşımalarının da həyata keçiriləcəyini, insanların yolboyu dayanmaq və ya marşrutlarını dəyişmək istəyə biləcəklərini deyib.
Mirzoyan dayanacaqlar məsələsinin indiyədək ayrıca müzakirə olunmadığını, lakin Ermənistanın dəmir yolundan yük və sərnişin daşımaları üçün istifadəsi baxımından onları zəruri saydığını bildirib.