Modern.az

Azərbaycan ailəsi ərəb ailəsinə çevrilməməlidir - komitə sədrinin müavini

Azərbaycan ailəsi ərəb ailəsinə çevrilməməlidir - komitə sədrinin müavini

Aktual

Bu gün, 13:07

“Azərbaycan ailəsi din pərdəsi altında ərəb ailəsinə, iranlı ailəsinə və yaxud başqa bir xalqın ailəsinə çevrilməməlidir”.

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda bildirib.

Komitə sədrinin müavini dini, milli və mənəvi dəyərlərin təbliği zamanı Azərbaycan ailəsinin özünəməxsusluğunun qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, din adı altında ailə modelinin dəyişdirilməsinə cəhdlər var və bunlar ideoloji təhlükəsizliyə yönəlmiş təhdidlərdəndir.

Gündüz İsmayılov ailə dəyərlərinin möhkəmləndirilməsi və mənfi meyillərin qarşısının alınması üçün İslamın düzgün təbliğ edilməsinin əhəmiyyətini qeyd edib.

“Ailəni qorumaq dövlətin vəzifəsi olduğu kimi, həm də dinin vəzifəsidir”, – o bildirib.

Komitə sədrinin müavini din haqqında danışarkən əsasən qaydalara, ibadətlərə və prinsiplərə diqqət yetirildiyini, onun məqsədlərinin isə kifayət qədər izah olunmadığını deyib. O, ailə institutuna İslamın ailəni qorumaq məqsədi prizmasından yanaşılmasının vacibliyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı