Türkiyənin Yeniden Refah Partiyasının sədri Fatih Erbakan, Toprak Partiyasının sədri Ömer Ulutaş və deputat Ömer Faruk Gergerlioğlu Azərbaycanda “arzuolunmaz şəxs” elan ediliblər.
Modern.az xəbər verir ki, onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.
Qərarın həmin şəxslərin sosial şəbəkələr və internet platformalarında Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı yönəlmiş açıqlamaları nəzərə alınaraq qəbul edildiyi bildirilib.
Siyahıda HÜDA PAR Partiyasının sədr müavini Yahya Uğraş və partiyanın Batman üzrə maliyyə və inzibati işlər şöbəsinin rəhbəri Sait Seyitoğlu da yer alır.