Ermənistan parlamentinin xarici əlaqələr komissiyası TRIPP üzrə saziş layihəsini dəstəkləyib.
Modern.az xəbər verir ki, xarici işlər nazirinin təqdim etdiyi sənədin lehinə hakim “Vətəndaş müqaviləsi” partiyasından olan dörd komissiya üzvü səs verib.
Müxalif “Hayastan” fraksiyası səsvermədə iştirak etməyib, “Güclü Ermənistan”ın nümayəndəsi isə layihənin əleyhinə səs verib.
Sənəd parlamentin qarşıdan gələn növbəti sessiyasında müzakirə olunacaq.