TRIPP – “Tramp marşrutu” ilə silah, sursat və təhlükəli kimyəvi maddələr daşınmayacaq.
Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasında TRIPP üzrə saziş layihəsini təqdim edərkən bildirib.
“Azərbaycanla aramızda da belə bir anlayış var ki, qadağan olunmuş yüklər, məsələn, silah və sursat, yaxud təhlükəli kimyəvi maddələr daşınmayacaq”, – nazir deyib.
Mirzoyanın sözlərinə görə, Ermənistanla müxtəlif ölkələr arasında müvafiq sənədlərlə razılaşdırılmış yük və malların konkret siyahısı var. O, Azərbaycanın da bu baxımdan istisna olmayacağını bildirib.
Nazir bəzi kateqoriyalardan olan malların daşınması üçün əvvəlcədən razılıq alınmasının tələb edildiyini də qeyd edib.