Özbəkistanın Qaşqadərya vilayətinin Kitab rayonunda Azərbaycanla birgə qızıl hasilatı layihəsinə başlanılır.
Modern.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Şavkat Mirziyoyevin oktyabrın 21-də vilayətə səfəri zamanı məlumat verilib.
Səfər çərçivəsində ümumi dəyəri 6 milyard dollardan çox olan 161 layihə təqdim olunub. Onlardan 69-u istifadəyə verilib, daha 92 obyektin tikintisinə start verilib.
Mirziyoyev bildirib ki, son beş ildə Qaşqadəryaya 20 trilyon som vəsait yönəldilib, 7 milyard dollar xarici investisiya cəlb olunub. Bu müddətdə vilayətdə adambaşına düşən gəlir üç dəfə artıb.
“2027-ci il müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadəryanın inkişaf ili olacaq”, – Özbəkistan Prezidenti vurğulayıb.