Modern.az

"İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktor təyin edilib

"İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktor təyin edilib

Aktual

Bu gün, 14:47

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.

Bu barədə Modern.az-a ADSEA-dan məlumat verilib.

Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru təyin edilib.

A.Mərdanov 1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Azərsu ASC"də rəhbər vəzifədə çalışıb, "Su təchizatı və tullantı suları haqqında" qanunun hazırlanmasında ekspert qurupunun üzvü olub. Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) idarə rəisi vəzifəsində çalışıb. Müxtəlif zamanlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub. TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğanın partiyasında təmizləmə əməliyyatı - Saxlanılanlar var